Gəncə şəhərinin Hacıkənd qəsəbəsində yanğın olub.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə İdarəsinin Gəncə Yanğından Mühafizə İdarəsinin, Kəpəz rayon Yanğından Mühafizə Hissəsinin 76 saylı yanğından mühafizə bölməsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə saat 02:15 radələrində baş verib. Xocalı rayonundan məcburi köçkün olan Şükür Quliyevə məxsus 160 kv. metr sahəyə malik 4 otaqlı ev əşyaları ilə birlikdə yanaraq yarasız hala düşüb.
Yanğının baş vermə səbəbləri araşdırılır.